Əsas məzmuna keç
YTİDYTİD
Ana səhifəXəbərlərLayihələrProqramlarTədbirlərHaqqımızdaƏlaqə
AZEN

Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyi

Qeydiyyat №: 1121-Q76-3905

Keçidlər

  • Ana səhifə
  • Haqqımızda
  • Xəbərlər
  • Layihələr
  • Tədbirlər
  • Proqramlar
  • Komanda
  • Əlaqə

Sahələr

  • Aerokosmik
  • Süni Zəka & Kiber
  • Xilasetmə
  • Qrantlar

Əlaqə

  • Bakı, Azərbaycan
  • [email protected]

YTİD

© 2026 YTİD. Bütün hüquqlar qorunur.

1121-Q76-3905

Rəsmi qeydiyyat № 1121-Q76-3905

Haqqımızda

"Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyi könüllülük və üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmış qeyri-hökumət təşkilatıdır. Birlik gəlir əldə etməyi əsas məqsəd kimi müəyyən etmir və fəaliyyətini Azərbaycan Respublikasının ərazisində həyata keçirir.

30 aprel 2021
1121-Q76-3905
Bakı, Azərbaycan

Əsas məqsəd

Birliyin əsas məqsədi yeni texnologiyaların, raket və peyk modelçiliyinin texniki idman növü kimi inkişafına sistemli dəstək verməkdir.

Hüquqi status

Birlik dövlət qeydiyyatından keçdiyi tarixdən hüquqi şəxs statusuna malikdir və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirir.

Birliyin vəzifələri

  1. 01

    Elm və texnikanın inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək.

  2. 02

    İnformasiya texnologiyaları, süni zəka, kibertəhlükəsizlik, nanotexnologiyalar, mexatronika və bərpa olunan enerji üzrə bilik və tədqiqatları dəstəkləmək.

  3. 03

    Raket və peyk modelçiliyinin texniki idman növü kimi kütləviləşməsinə və inkişafına kömək etmək.

  4. 04

    Fövqəladə hallar və xüsusi riskli xilasetmə işləri zamanı dövlət qurumlarına texniki və fiziki dəstək göstərmək.

  5. 05

    Dağıntı və uçqun sahələrində axtarış və qurtarma işlərinə müvafiq dəstək vermək.

  6. 06

    Birliyin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işini təşkil etmək.

Fəaliyyət istiqamətləri

01

Tədqiqat və təhsil

  • Elmi araşdırmalar, konfranslar, kurslar, seminarlar, sərgilər və dəyirmi masalar təşkil etmək.
  • Gənc mütəxəssislər, komandalar və mentorlar üçün koordinasiya və inkişaf proqramları yaratmaq.
02

Texniki idman

  • Raket, peyk və dron modelçiliyi üzrə yarışlar, nümayişlər, festivallar və təlimlər keçirmək.
  • Beynəlxalq yarışlarda, startap və texnologiya layihələrində iştirak etmək.
03

Rəqəmsal həllər

  • Dövlət layihələri üçün süni zəka əsaslı rəqəmsal həllərə dəstək göstərmək.
  • Kibertəhlükələrə qarşı monitorinq, müdafiə və tətbiqi texnoloji həllərin hazırlanmasına yardım etmək.
04

Əməkdaşlıq

  • Dövlət və bələdiyyə orqanları, universitetlər, qeyri-hökumət və beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirmək.

Rəsmi məlumatlar

Hüquqi şəxsin adı
"Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyi
Qeydiyyat tarixi
30 aprel 2021-ci il
Qeydiyyat nömrəsi
1121-Q76-3905
Təsisçilər
Xəlilov Ceyhun Mirəli oğlu, Gülməmmədli Vaqif Mahir oğlu
Ünvan
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 42G
Hüquqi forma
Qeyri-hökumət təşkilatı

İdarəçilik və komanda

Birliyin idarə heyəti və əməliyyat komandası.

Bütün komandaya bax

Vaqif Suleymanov

İcraçı Direktor

Team

Nigar Aliyeva

Texnologiya Direktoru

Team
  • Birliyin məqsədləri və fəaliyyəti haqqında məlumatı qanunvericiliyə uyğun yaymaq.